May 11, 2016 19:36 Asia/Baku
  • Davudoğlunu kim əvəz edəcək
    Davudoğlunu kim əvəz edəcək

Türkiyənin gələcək baş naziri kim olacaq?

Əhməd Davudoğlunun yerini kim tutacaq? Türkiyədə ölkənin ikinci şəxsinin yeri uğrunda gedən rəqabət güclənib. Prezident Ərdoğanın damadı Barat Albayrak ilə rabitə naziri Binəli Yıldırım adları hallandırılan 5 namizəddən ən şanslı olanlarıdır.

Kimin seçilməsinin önəmi yoxdur. Önəmlisi odur ki, Ərdoğan tərəfindən təsdiq olunsun və onun proqramlarını icra etsin.

Davudoğlunun iqtidardan getməsi ilə hakim Ədalət və İnkişaf Partiyasının Baş Konqresi partiyanın yeni rəhbərini seçəcək və həmin şəxs Ərdoğanın göstərişi ilə yeni hökumətini qurucusu olacaq. Kimliyindən asılı olmayaraq baş nazir iki əsas xüsusiyyətə malik olmalıdır. Ərdoğan tərəfindən təsdiq olunmalı və onun əmrlərinə itaət etməlidir. Şübhəsiz həmin şəxsi qarşıda enişli-yoxuşlu günlər gözləyir.

Bir tərəfdən ölkənin şərqində davam edən gərginlik və artmaqda olan ölüm xəbərləri, digər tərəfdən isə Türkiyənin iri şəhərlərinin kabusuna çevrilən terror aktları.

Çətin günlərini təcrübə edən Türkiyə iqtisadiyyatının da yaxın gələcəkdə düzəlməsi ehtimalı çox zəifdir.

Cari ilin ilk rübündə Türkiyə Hava Yolları şirkətinin 42 milyon dollar ziyana uğraması xəbəri isə yeni narahatlıqlara yol açıb. Halbuki, ötən ilin müvafiq dövründə bu şirkət 126 milyon dollar gəlir əldə etmişdi. Buna təhlükəsizlik məsələləri və valyuta bazarındakı səbatsızlığın səbəb oduğu deyilir.

Biz, xalq olaraq həyəcana tez qapılır və tələsik reaksiya veririk. Aydın ola birməsələ var. O da ölkədə böhranın olmasıdır. Amma, Türkiyə böhran ilə yanaşı inkişafa nail olub. 4-5 milyon rus bizi yeni çarə tapmağa məcbur edib. Bu boşluğu doldurmaq mümkün deyil. Amma, biz öz səyimizi göstərəcəyik.

Teqlər