Etirazçılar Braziliya dövlət binalarını ələ keçirdilər
https://azeri.sahartv.ir/news/dünya-i218593-etirazçılar_braziliya_dövlət_binalarını_ələ_keçirdilər
Braziliyada etirazçılar ölkənin 11-ci rayonunda dövlət binalarını ələ keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 19, 2016 09:09 Asia/Baku
  • Etirazçılar Braziliya dövlət binalarını ələ keçirdilər
    Etirazçılar Braziliya dövlət binalarını ələ keçirdilər

Braziliyada etirazçılar ölkənin 11-ci rayonunda dövlət binalarını ələ keçiriblər.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, 11-ci rayonda Braziliya Mədəniyyət Nazirliyinin binaları çərşənbə günü prezidentin vəzifəsini yerinə yetirən Mişel Temerin qərarı ilə bu nazirliyin ləğv olunmasına qarşı çıxan etirazçıların əlinə keçib.

G 1 internet portalının bildirdiyinə görə, bu qruplar Braziliyada ötən cümə axşamı günü dövlət daxilində Mədəniyyət Nazirliyinin Təhsil Nazirliyinə birləşdirilməsinə etiraz edirlər.

Etirazçılar paytaxt Braziliyada milli incəsənətlər müəssisəsi, tarixi irs və milli incəsənət müəssisələrinin binalarını işğal ediblər.