Klintonun qanundan kənar davranışı, Trampın insanlığa sığmayan çıxışları
-
Hillari Klinton
ABŞ Dövlət Departamentinin baş müfəttişlik ofisi sabiq dövlət katibi və demokratların prezidentliyə namizədi Hillari Klintonu dövlət katibi olduğu dövrdə elektron arxivlə bağlı qanunları pozmaqda ittiham edib.
ABŞ Dövlət Departamentinin baş müfəttişlik ofisi bildirib ki, Hillari Klinton şəxsi bir serverdən istifadə üçün heç vaxt lisenziyanın verilməsi istəyi ilə çıxış etməyib. Baxmayaraq ki, belə bir istək, təhlükəsizlik baxımından böyük risk daşıdığı üçün, heç vaxt təmin edilməzdi.
ABŞ Dövlət Departamentinin 83 səhifəlik hesabatında Hillari Klinton Dövlət Departamentinin elektron arxivinin qorunması ilə bağlı qanunları pozmaqda ittiham edilib.
Bu hesabata görə, Klinton dövlət katibi vəzifəsindən getdiyi zaman rəsmi yazışmalarla bağlı bütün elektron məktubların arxivini Dövlət Departamentinə təhvil verməli imiş. Amma, bu işi görmədiyi üçün, Dövlət Departamentinin qanunlarını pozmuş olub.
Respublikaçıların prezident seçkilərindəki namizədi Donald Tramp isə öz qalmaqallı çıxışında suriyalı miqrantları heyvan adlandırıb və deyib: Ərəb ölkələri suriyalı didərginlərin məskunlaşdırılması üzrə xərcləri ödəməlidirlər.
D.Tramp əlavə edib: Bizim ölkəmiz hal-hazırda hazırkı rəftarlara görə, əzaba düçar olub. Ölkəmiz axmaqlıq və bacarıqsızlıq üzündən ağrı və acı içərisindədir.
Respublikaçıların prezidentliyə namizədi Donald Tramp işsizlik barədə də deyib: Amerikada işsizliyin 5% olduğunu deyirlər. Bu saxta rəqəmdir.
ABŞ polisi artıq bir neçə gündür ki, qalmaqallı çıxışları ilə insanların qəzəbinə səbəb olan Donald Tramp əleyhinə etiraz aksiyalarını yatırmağa çalışır.
ABŞ polisi etiraz aksiyalarını güc tətbiq edərək, dağıtmağa çalışır və indiyə qədər 8 nəfəri həbs edib.
Etiraz aksiyasında iştirak edənlər əllərində üzərinə "Tramp seçkilərdən kənarlaşdırılmalıdır" şüarı yazılmış plakatlar daşıyırlar.
Donald Trampın qalmaqallı çıxışları o cümlədən Meksika ilə sərhədlərin beton divarlar ilə bağlanması, 11 milyon qanunsuz mühacirin ölkədən çıxarılması və müsəlmanların Amerikaya girişinin qadağan edilməsi kimi fikirləri insanların qəzəbinə səbəb olub.
Çərşənbə axşamı günü narazı kütlə Nyu Meksiko ştatında, Albukerki şəhərində Respublikaçıların qərargahı qarşısında aksiya keçirərək, Trampın çıxışına mane olublar. Polis gözyaşardıcı qazdan istifadə edərək, narazı kütləni dağılışmağa məcbur edib.