İranın Kanadadakı maliyyələrinin bir hissəsi müsadirə olunub
https://azeri.sahartv.ir/news/dünya-i220837-İranın_kanadadakı_maliyyələrinin_bir_hissəsi_müsadirə_olunub
Kanadada bir məhkəmə qəribə bir hərəkətdə İranın Kanadadakı maliyyələrinin bir hissəsini müsadirə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2016 05:51 Asia/Baku
  • İranın Kanadadakı maliyyələrinin bir hissəsi müsadirə olunub
    İranın Kanadadakı maliyyələrinin bir hissəsi müsadirə olunub

Kanadada bir məhkəmə qəribə bir hərəkətdə İranın Kanadadakı maliyyələrinin bir hissəsini müsadirə edib.

Frans-Press-in məlumatına görə, Kanadanın Ontarivi məhkəməsi bir hökmdə İranın həmin ölkədəki bank hesabları, habelə bəzi qeyri-diplomatik əmlakının bir hissəsini Argentina, Livan, Ərəbistan və işğal olunmuş Fələstində ölənlərin ailələrinin ixtiyarına qoyubdur.

Bu məhkəmənin göstərişi ilə İranın Kanadadakı maliyyələrindən 13 milyon dollar Yaxın Şərq və Argentina terror hücumlarının amerikalı qurbanlarının ailələrinə ödəniləcək.

İranın özünün dünyada terrorçuluğun ən böyük qurbanlarından biri sayıldığı bir halda, bu məhkəmə iddia edir ki, həmin terror hücumları İranın himayəsi və Həmas və Hizbullah qüvvələri tərəfindən həyata keçirilib.

Belə bir halda, belə bir məntiqlə Ərəbistan, Amerika və bəzi digər Qərb ölkələrinin maliyyələri də Yaxın Şərqdə və Afrikada İŞİD-i və digər terror qruplarını himayəyə görə, Kanadada müsadirə olunmalıdır.