Fransa polisi Rusiya futbol azarkeşlərindən 43 nəfəri həbs edib
https://azeri.sahartv.ir/news/dünya-i221416-fransa_polisi_rusiya_futbol_azarkeşlərindən_43_nəfəri_həbs_edib
Fransa polisi Rusiya futbol azarkeşlərindən 43 nəfəri həbs edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2016 12:10 Asia/Baku
  • Fransa polisi Rusiya futbol azarkeşlərindən 43 nəfəri həbs edib
    Fransa polisi Rusiya futbol azarkeşlərindən 43 nəfəri həbs edib

Fransa polisi Rusiya futbol azarkeşlərindən 43 nəfəri həbs edib.

IRIB-nin məlumatına görə, Fransa polisindən bir mənbə deyib ki, bu ölkənin təhlükəsizlik məmurları çərşənbə axşamı günü bir neçə gün bundan öncə Marsel şəhərində toqquşma və çaxnaşmalarda iştirak şübhəsi ilə Rusiya futbol azarkeşlərindən 43 nəfəri həbs ediblər.

Fransa polisindən olan bu mənbə vurğulayıb: Rusiya futbol azarkeşlərindən 43 nəfər avtobusla Kann şəhərindən Fransanın şimalına gedirmiş ki, xüsusi təyinatlı polis qüvvələri onları həbs ediblər.

Bu məlumata görə, 1-1 hesabı ilə başa çatmış İngiltərə-Rusiya görüşünün sonunda Rusiya futbol komandasının azarkeşləri rəqib komandanın tərəfdarlarına hücum ediblər; bu da tərəflər arasında şiddətli toqquşma ilə nəticələnib.

Belə bir halda, Avro-2016 yarışları zamanı futbol azarkeşləri arasında toqquşma və zorakılığın davam etməsinin ardınca fransalı rəsmilər qərara alıblar ki, oyunlardan öncə bəzi həssas məntəqələrdə spirtli içkilərin satışını qadağan etsinlər.