Rusiyada matəm
https://azeri.sahartv.ir/news/dünya-i222028-rusiyada_matəm
Rusiyada fırtına nəticəsində içərisində uşaqlar olan iki qayıq batıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2016 11:25 Asia/Baku
  • Rusiyada matəm
    Rusiyada matəm

Rusiyada fırtına nəticəsində içərisində uşaqlar olan iki qayıq batıb.

İyunun 18-də “Park-hotel Syamozero” sağlamlıq düşərgəsində dincələn uşaqlar təlimçilərlə birgə qayıqlarla gəzintiyə çıxarkən müəyyən yol qət etdikdən sonra fırtınaya düşüblər. İçərisində 47 uşaq və 4 təlimçinin olduğu üç qayıq aşaraq batıb. Nəticədə 15 uşaq ölüb, daha 10-u xəstəxanaya yerləşdirilib.

İyunun 20-si Kareliya Respublikasında matəm günü elan edilib.