Lavrov: Moskva və Ankaranın Suriya böhranının həlli üçün əməkdaşlıq etməsi mümkündür
https://azeri.sahartv.ir/news/dünya-i223459-lavrov_moskva_və_ankaranın_suriya_böhranının_həlli_üçün_əməkdaşlıq_etməsi_mümkündür
Moskva və Ankara əlaqələrində buzların əriməsi ilə Rusiya xarici işlər naziri Suriya böhranının həlli barəsində iki ölkənin əməkdaşlıq etməsinin ehtimalından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2016 06:03 Asia/Baku
  • Sergey Lavrov
    Sergey Lavrov

Moskva və Ankara əlaqələrində buzların əriməsi ilə Rusiya xarici işlər naziri Suriya böhranının həlli barəsində iki ölkənin əməkdaşlıq etməsinin ehtimalından xəbər verib.

Press TV-nin məlumatına görə, Sergey Lavrov çərşənbə günü Fransa paytaxtı Parisdə keçirilən mətbuat konfransında deyib: Rusiya və Türkiyə iki ölkə prezidentlərinin əlaqələrin normallaşması üzrə telefon danışığından sonra, çox ehtimalla Suriyada böhranın həlli məqsədilə öz əməkdaşlığına yenidən başlayacaq.