Ukrayna qarşıdurmalarında təxminən 10 min nəfər həlak olub
İyun 30, 2016 10:35 Asia/Baku
-
İvan Simyonoviç
BMT Ukraynada baş verən qarşıdurmalarda həlak olanların sayını təxminən 10 min nəfər hesab edib.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, BMT baş katibinin müavini İvan Simyonoviç çərşənbə günü Cenevrədə bu təşkilatın nəzdində İnsan Haqları Şurasının iclasında deyib: Ukrayna münaqişəsi son iki il ərzində 9 min 449 nəfərin həlak olması ilə nəticələnib.
BMT baş katibinin müavini əlavə edib: Ukraynada həlak olanların təxminən 2 min nəfəri hərbçi olub.
Simyonoviçin sözlərinə görə, əksər sivillər 2014 və 2015-in əvvəllərində yaşayış massivlərinin məqsədsiz şəkildə atəşə tutulması nəticəsində həlak olub.