Türkiyə Rusiyaya yaxınlaşır?
-
Türkiyə Rusiyaya yaxınlaşır?
BBC-nin ərəbcə xidməti bildirib ki, ABŞ-ın Suriya kürdlərini dəstəkləməsi və Rusiyanın iqtisadi sanksiyalarının Türkiyəyə ziyan vurmasından nigaran olan rəsmi Ankara Moskva ilə əlaqələrin yenidən qurulmasına çalışır.
BBC-nin ərəbcə xidməti Türkiyə və Rusiya əlaqələri barəsində reportaj hazırlayıb: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Suriya sərhədləri yaxınlığında Rusiya təyyarəsinin vurulmasından sonra, indi Rusiyadan üzr istədi. Türkiyə bu üzrxahlığı ilə düzgün istiqamətdə bir addım atmasına baxmayaraq, bu addım yetərli deyildir. Türkiyə prezidentinin Rusiya ilə əlaqələrin qısa müddət ərzində yenidən qurulması üçün istəyi və şövqü rus həmkarı Vladimir Putinin ehtiyatlı mövqeyi ilə üzləşib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü rus rəsmnilərə istinadla yaxın gələcəkdə iki ölkə arasında əlaəqlərin yenidən qurulmasının ehtimal olunmadığını bəyan edərək deyib: Bu məqsədi əldə etmək üçün lazımi səylər aparılır. Hər halda Türkiyə və Rusiya xarici işlər nazirləri iki ölkə arasında əlaqələrin yenidən qurulmasına başlanğıc olaraq gələn cümə axşamı günü Soçidə görüşə bilər.
BBC-nin reportyoru Suriya böhranından öncə Rusiya və Türkiyənin müsbət əlaqələrinə toxunaraq bildirib: İki ölkə əlaqələrində istənilən irəliləyiş, ixtilaflı məsələlər, ən əsası Suriya böhranında mövqelərinin yaxınlaşmasına səbəb ola bilər. Bununla belə, Türkiyə Rusiya ilə əlaqələrin kəsilməsindən, bir çox sahələrdə, o cümlədən iqtisadiyyatda xəsarət görüb. Çünki Türkiyənin Rusiyaya ixracatı dayanıb və rus turistlərin Türkiyəyə səfəri qadağan olunub. Digər tərəfdən Suriyadakı sürətli proseslər Ankaranın hesablamalarının münasib nəticələri olmadığını göstərdi. Əksinə Türkiyənin ABŞ-la koalisiyasının ziddiyyətli halları vardı. Misal üçün Ankara Vaşinqtonun Suriya kürdlərini dəstəkləməsinə qarşıdır. Bu da, Türkiyənin Rusiya ilə əlaqələrini yaxşılaşdırmağa maraq göstərməsinini başqa bir səbəbidir.