Rusiya, Almaniya və Fransaya Ukrayna barədə müraciət edib
https://azeri.sahartv.ir/news/dünya-i224443-rusiya_almaniya_və_fransaya_ukrayna_barədə_müraciət_edib
Rusiya XİN-i bildirib ki, Moskva Almaniya və Fransanın Ukrayna dövlətini ölkənin şərqində müxaliflərə qarşı hərbi əməliyyatlara start verməkdən çəkindirəcəyinə ümid edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2016 11:23 Asia/Baku
  • Rusiya, Almaniya və Fransaya Ukrayna barədə müraciət edib
    Rusiya, Almaniya və Fransaya Ukrayna barədə müraciət edib

Rusiya XİN-i bildirib ki, Moskva Almaniya və Fransanın Ukrayna dövlətini ölkənin şərqində müxaliflərə qarşı hərbi əməliyyatlara start verməkdən çəkindirəcəyinə ümid edir.

Sinxua İnformasiya Agentliyinin verdiyi məlumata görə, Rusiya XİN-i dünən bir bəyanat yayaraq bildirib: Rusiya Ukraynanın şərqində təmas xəttində Ukrayna əsgərlərinin sayının artırılması və könüllü batalyonların əraziyə yeridilməsindən nigarandır.

Bəyanatda deyilir: Ukrayna hərbçiləri hərbi əməliyyata hazırlaşırlar və rəsmi Moskva ümid edir ki, Almaniya və Fransa öz nüfuzlrından istifadə edərək regionda sabitliyi ciddi şəkildə pozacaq belə bir addımın atılmasına mane olacaqlar.

Bu mövzu Almaniya və Fransanın Moskvadakı səfirlərinin Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ilə görüşündə də müzakirə olunub.

Karasin deyib: Bu kimi hərəkətlər Rusiya, Ukrayna, Almaniya və Fransadan ibarət 4 tərəfli Normandi komitəsinin Ukrayna böhranının həlli istiqamətindəki səylərinin təsirsiz olmasına da gətirib çıxara bilər.