Qondarma Abxaziya Respublikasının DİN binası yandırılıb
https://azeri.sahartv.ir/news/dünya-i224452-qondarma_abxaziya_respublikasının_dİn_binası_yandırılıb
Abxaziyanın Suxumi şəhərində aksiyaçılar Daxili İşlər Nazirliyi binasını yandırıblar
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2016 12:16 Asia/Baku
  • Qondarma Abxaziya Respublikasının DİN binası yandırılıb
    Qondarma Abxaziya Respublikasının DİN binası yandırılıb

Abxaziyanın Suxumi şəhərində aksiyaçılar Daxili İşlər Nazirliyi binasını yandırıblar

Suxumi şəhərinin əhalisi aksiya keçirərək qondarma respublikanın prezidenti Raul Xacimbaya sədaqətlərini nümayiş etdirib.

Aksiyada qondarma respublikanın partiyalarının nümayəndələri də iştirak ediblər, onlar prezidentdən baş nazir Leonid Cabşpanı vəzifədən kənarlaşdırmasını istəyiblər.

Qondarma Abxaziya Respublikasının təhlükəsizlik qüvvələrinin müqavimətinə baxmayaraq aksiyaçılar DİN binasını çöldən yandırıblar.

Gürcüstan respublikası Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır və bu bölgələri öz torpaqlarının bir hissəsi hesab edir.

Abxaziya və Cənubi Osetiya 2008 ilində bir tərəfli qaydada Gürcüstandan ayrıldığını elan etdi.

Bu iki qondarma respublikanı sadəcə Rusiya rəsmən tanıyıb və 2008-ci il sentyabr ayından bu iki qondarma respublika ilə doplomatik əlaqələr qurub.