BMT Ukraynanın şərqində qarşıdurmanın davam etməsindən nigaranlıq edib
-
BMT Ukraynanın şərqində qarşıdurmanın davam etməsindən nigaranlıq edib
BMT Ukraynanın şərqində iki düşmən tərəfin hərəkətini pisləyib.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, BMT cümə axşamı günü bir hesabatda Ukraynanın şərqində müxaliflər və dövlət qüvvələrinin kor-koranə şəkildə yaşayış massivlərini atəşə tutmaları və mülki vətəndaşları məhkəmədən kənar şəkildə edam etmələrini pisləyib və bildirib: Bu hərəkət müharibə cinayətidir.
BMT-nin bildirdiyinə görə, edamlar və çoxlu sayda sivilin qırğın edilməsi, ədliyyə prosesindən kənar baş verib.
BMT-nin hesabatında həmçinin Ukraynanın şərqində iki düşmən tərəf yaşayış massivlərini kor-koranə şəkildə raketlə və minaatanla atəşə tutmaqda ittiham olunub.
İnsan Haqları Gözətçisi və Beynəlxalq Amnistiya Təşkilatı kimi QHT-lər də bundan öncə Ukrayna və müxalif qüvvələri nəzarət etdikləri bölgələrdə ədliyyə prosesindən kənar işgəncə və edamları pisləmişdilər.
BMT həmçinin bildirib: Qarşıdurma bölgələrində baş verən qırğınlar barəsində izləmə olmayıb və bu da, Ukrayna rəsmilərinin belə hərəkətlər barəsində araşdırmaya marağının olmasından qaynalandığını göstərir.
BMT-nin bildirdiyinə görə, Ukraynanın şərqində qarşıdurmaların davam etməsi indiyə qədər təxminən 10 min nəfərin ölümü ilə nəticələnib.