İyul 21, 2016 13:33 Asia/Baku
  • İlk Merkel-Terzami görüşü
    İlk Merkel-Terzami görüşü

Almaniyanın kansleri Angela Merkel Berlində İngiltərənin baş naziri Terzami ilə görüşüb.

Press TV-nin məlumatına görə, İngiltərənin baş naziri dünən Almaniyanın kansleri ilə birgə mətbuat konfransında vurğulayıb ki, ölkəsi cari milad ili bitməzdən öncəyədək Avropa Birliyndən çıxmaq barədə ərizəni təqdim etməyəcək.

İngiltərənin baş naziri Terzami sonra vurğulayıb ki, İngiltərə öz avropalı dostlarından kənara çəkilmək niyyətində deyil. O, deyib: İngiltərə ticarət sahəsində Avropa Birliyi ilə işini davam etdirmək niyyətindədir.

Almaniyanın kansleri Angela Merkel də deyib: İngiltərə Avropa Birliyindən çıxmaq üzrə müzakirələrdən öncə aydınlaşdırmalıdır ki, bu birliklə nə cür əlaqəyə malik olmaq istəyir.

Merkel əlavə edib: Bütün avropalıların xeyrinədir ki, İngiltərə Avropa Birliyi ilə müzakirərlərdə şəffaf mövqeyə malik olmuş olsun.

O, bu görüşdə habelə deyib: Danışıqların məzmunu barədə qərarçıxarma İngiltərənin üzərinə düşür və bu məsələ aydın olmayan zamanadək danışıqlar başlanmayacaq.

Teqlər