Tramp Obamanı tənqid edib
-
Tramp Obamanı tənqid edib
ABŞ-da qarşıdan gələn prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Barak Obamanı Amerika tarixinin ən pis prezidenti adlandırıb.
Fars İnformasiya Agentliyinin verdiyi məlumata görə, Donald Tramp ABŞ prezidenti Barak Obamanın son çıxışına münasibət bildirərək deyib: Obama ABŞ tarixinin ən pis prezidenti kimi yaddaşlarda qalacaq.
Tramp deyib: Obama və demokratların növbəti prezident seçkilərinə namzədi Hillari Klinton İraq, Suriya və Liviyada terrorizmin geniş yayılmasında məsuliyyət daşıyırlar.
Obama dünən Trampın ABŞ ordusunun müharibədə həlak olmuş bir müsəlman əsgərinin valideynlərinə qarşı sözlərinə toxunaraq, bu Nyu-yorklu milyarderin prezident kürsüsünə oturmağa layiq olmadığını deyib və respublikaçılara qarşıdan gələn prezident seçkilərinə başqa bir namizəd təqdim etmələrini tövsiyə edib.
Respublikaçılar və demokratların partiya toplantılarında Donald Tramp və Hillari Klinton rəsmən bu iki partiyanın ABŞ-ın növbəti prezident seçkilərinə namizədləri kimi təqdim olunmuşdur.
ABŞ-da prezient seçkilərinin yekun mərhələsi 2016-cı il noyabr ayının 8-də keçiriləcək.