Avq 03, 2016 18:52 Asia/Baku
  • BMT Ukraynada mülki əhalinin tələfatının artmasından nigaranlığını bildirib.
    BMT Ukraynada mülki əhalinin tələfatının artmasından nigaranlığını bildirib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı Ukraynada mülkilərin tələfatının artmasından nigarançılıq ifadə edib.

Röyters-in verdiyi məlumata görə, BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Bin Rəd Əl-Hüseyn deyib: Ukraynanın şərqində atışmalar, mina partlayışı və partlayıcı pusqular üzündən, mülki əhali arasında tələfat son bir il ərzində ən yüksək göstəriciyə malik olub. 

Rəd Əl-Hüseyn sonra deyib: Ukraynanın şərqində iyul ayında 73, iyun ayında isə 69 nəfər ölüb yaxud yaralanıb və bu rəqəm ötən ilin oxşar dövrü ilə müqayisədə iki dəfə çoxdur. 

BMT-nin insan haqları üzrə ali komissarı bildirib: Ukraynada toqquşan tərəflər Minsk razılaşmasını tam şəkildə icra etməlidirlər. 

Ukraynanın şərqindəki Donbas vilayəti 2014-cu ildən Ukrayna hərbçiləri ilə müxalifət arasında toqquşmalar meydanına çevrilmişdir. 

2015-ci ilin fevral ayında Fransa və Almaniyanın vasitəçiliyi və Rusiyanın iştirakı ilə əldə olunan Mİnsk razılaşması Ukraynanın şərqində atəşkəsin bərqərar olunması, toqquşmalara son qoymaq üçün lazımı siyasi, iqtisadi və ictimai tədbirlərin həyata keçirilməsinə təkid edir. 

Teqlər