Ukrayna Rusiyanın yeni səfirini qəbul etmədi
-
Ukrayna Rusiyanın yeni səfirini qəbul etmədi
Kiyev 2014-cü ildə Rusiya ilə əlaqələrində yaşanan gərginliyin davamında Moskva tərəfindən göndərilən yeni səfiri qəbul etməyərək, əlaqələrin müvəqqəti işlər vəkilləri səviyyəsində davam etdirilməsini istəyib.
İRNA-nın məlumatına görə, Rusiyanın Kiyev üçün təyin etdiyi yeni səfir Mixail Zurayev Ukrayna prezidentinin göstərişi əsasında Moskvaya qayıdıb. Daha sonra Moskva tərəfindən Zurayevin yerinə təyin edilən Mixail Babiç də Kyev tərəfindən qəbul edilməyib.
"Moskovskiy Komsomolets" qəzetinin yazdığına görə, Ukrayna Rusiyanın səfirini qəbul etməkdən imtina edib.
Bu rus qəzetin yazdığına görə, bu addım Ukraynaya siyasi imtiyazların alınmasına və Rusiya əleyhinə təbliğatların aparılmasına imkan vermiş olacaq.
Qəzet həmçinin bildirir ki, Ukrayna hökuməti bu addımla Rusiya ilə müxalif olan ifratçı millətçi qrupların təzyiqlərindən xilas olmağa çalışır.
Sovet İttifaqının dağılması və Ukraynanın müstəqil dövlət olmasından bəri Kiyev-Moskva əlaqələri heç vaxt bu qədər aşağı səviyyədə olmayıb.