Yaşıllar partiyası ABŞ prezident seçkilərində saxtakarlıqla bağlı xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/dünya-i228370-yaşıllar_partiyası_abŞ_prezident_seçkilərində_saxtakarlıqla_bağlı_xəbərdarlıq_etdi
ABŞ-ın Yaşıllar partiyası seçkilərdə saxtakarlıq barədə xəbərdarlıq edərək bildirib: Səs qutuları ilə bağlı qanunlar ölkədə seçkilər prosesində müstəqil namizədlərin iştirakına mane olur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2016 13:39 Asia/Baku
  • Yaşıllar partiyası ABŞ prezident seçkilərində saxtakarlıqla bağlı xəbərdarlıq etdi
    Yaşıllar partiyası ABŞ prezident seçkilərində saxtakarlıqla bağlı xəbərdarlıq etdi

ABŞ-ın Yaşıllar partiyası seçkilərdə saxtakarlıq barədə xəbərdarlıq edərək bildirib: Səs qutuları ilə bağlı qanunlar ölkədə seçkilər prosesində müstəqil namizədlərin iştirakına mane olur.

Yaşıllar partiyasının media koordinatoru Skot Maklarti cümə axşamı günü deyib: Demokrat partiyasının namizədlik prosesi saxtakarlıqdır. 

Maklarti xatırladıb: Bu, Amerika vətəndaşlarının Yaşıllar partiyasına maraq göstərməsinin əsas səbəblərindən biridir. 

O deyib: 2004-cü ildə biz seçkilərdə saxtakarlığın şahidi idik və seçki qanunları bir neçə ştatda, o cümlədən Ohayo və ehtimal üzrə Nyu-Meksikoda pozuldu. 

Maklarti əlavə edib: Seçkilərdə saxtakarlıq məsələsini nəzərə alaraq, biz çox diqqətli olmayılıq. 

O deyib: Yaşıllar partiyası səs qutuları ilə bağlı qanunların ədalətli olmamasına şamil olan seçki saxtakarlığını müəyyənləşdirmişdir. Bu, öz namizədlərinə əlavə imtiyazlar verən Demokrat və Respublikaçı qanunvericilərin təsdiqlədiyi məsələdir. Ehtimal üzrə onlar alternativ partiyanın qələbəsini azaldır və müstəqil namizədlərin seçki  prosesində iştirakının qarşısını alırlar.