Tramp müsəlmanları "heyvan" adlandırdı
-
Donald Tramp
Amerikada prezidentliyə respublikaçı namizəd Donald Tramp bir daha müsəlman miqrantları hədəfə alaraq, deyib: "Terrorçu ölkələrdən heç kimin Amerikaya girişinə icazə verilməməlidir".
Əl-Aləm kanalının məlumatına görə, təbliğat kampaniyasının əsas dayaqlarından biri mühacirləri hədəfə almaq olan Tramp cümə axşamı Minosota ştatında, Portlənd sakinləri qarşısında etdiyi çıxışı zamanı deyib: "Biz, terrorçu ölkələrdən insanların ölkəmizə daxil olmasına icazə veririk. Halbuki, onlara belə bir icazə verilməməlidir. Çünki, onların kimliyini dəqiqləşdirə bilmərik."
Tramp əlavə edib: "Biz onların kim olduqlarını bilmirik. Bəlkə də bu tarixin ən böyük "Troya Atı" olsun."
Respublikaçı milyarder daha sonra öz tərəfdarlarına deyib: "Hazırda terrorçular, o cümlədən İŞİD-çilər mühacir adı ilə Amerikaya daxil olurlar."
BBC Ərəb telekanalının verdiyi məlumata görə Tramp çıxışının davamında bu ölkələrdən bir neçəsinin adını çəkib və bu ölkələr Əfqanıstan, İraq, Mərakeş, Pakistan, Somali, Suriya, Özbəkistan və Yəmən kimi əsasən müsəlman ölkələr olublar.
Tramp daha sonra iddia edib ki, bu ölkələrdən gələn insanlar terror aktları planlaşdırır, terrorçu yetişdirir, terror təlimləri keçir, partlayıcı qurğuların hazırlanmasını terrorçulara öyrədir və onları maliyyələşdirirlər.
Respublikaçı namizəd qəzəblə deyib: "Biz bir qrup heyvan ilə üz-üzəyik".
Tramp daha öncə müsəlmanların müvəqqəti olaraq Amerikaya girişinin qadağan edilməsini təklif etmişdi. Bu da böyük qalmaqala səbəb olmuşdu. O, həmçinin rəqibi Hillari Klintonu daha artıq mühacirin qəbul edilməsi kimi bir proqrama malik olduğu üçün tənqid etmişdi.