Rusiya Suriyada daimi hərbi baza yaradıb
-
Sergey Şoyqu
Rusiya müdafiə naziri Suriyada daimi hərbi bazanın yaradıldığını bildirib.
Sputnik-in məlumatına görə, Rusiya müdafiə naziri Sergey Şoyqu bazar günü rus hərbçilərinin Suriyada terrroçularla amansız mübarizəsinin davam edəcəyini bəyan edərək Rusiya hərbçilərinin Suriyada daimi hərbi bazasının yaradılması ilə rəsmi Dəməşqin razılaşdığını bildirib.
Şoyqu Rusiya prezidenti Vladimir Putinin Hmeymimin Rusiya Silahlı Qüvvələri üçün daimi hərbi bazaya çevrilməsi ilə razılaşdığına toxunaraq deyib: Moskva terrorçular və cinayətkarlarla müharibə üçün bir bazaya ehtiyaclı idi.
Rusiya hərbçiləri üçün hərbi bazadan istifadənin müddətsiz olması bir çoxunun diqqətini çəkib.
Moskva və Dəməşq anlaşmasına əsasən, terrorçuları məhv etmək üçün ötən ildən istifadə olunan Suriyanın Laziqiyyə vilayətinin Hmeymim bazası Rusiya Aeronavtika qüvvələrinin daimi bazasına çevrilir və onun hərbi təchizatları genişləndiriləcək.