Boko Haramın yeni videosu oğurlanmış qızların valideynlərində yeni ümidlər yaradıb
https://azeri.sahartv.ir/news/dünya-i229801-boko_haramın_yeni_videosu_oğurlanmış_qızların_valideynlərində_yeni_ümidlər_yaradıb
Boko Haram terror qruplaşmasının oğurlanmış nigeriyalı qızların həyatda olması barədə yayımladığı yeni video, onların ailələrində yeni ümidlərə səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2016 15:21 Asia/Baku
  • Boko Haramın yeni videosu
    Boko Haramın yeni videosu

Boko Haram terror qruplaşmasının oğurlanmış nigeriyalı qızların həyatda olması barədə yayımladığı yeni video, onların ailələrində yeni ümidlərə səbəb olub.

İRİB-nin verdiyi məlumata görə, Boko Haram tərəfindən oğurlanmış nigeriyalı qızların ailələri paytaxt Abucada aksiya keçiriblər.

Bu aksiyada nümayiş etdirilən videoya əsasən, Boko Haram tərəfindən oğurlanmış qızlar həyatdadırlar. Boko Haramın üzvlərindən biri bu videoda təhdid xarakterli müraciətdə Nigeriya prezidenti Məhəmməd Buharinin dövlətinə elan edir ki, Boko Harama qarşı savaşın davam edəcəyi təqdirdə, girov götürülmüş qızları öldürəcəklər.

Boko Haram tərəfindən oğurlanmış nigeriyalı qızların ailələri "qızlarımızı qaytarın" adlı bir qrup təşkil edərək, hər həftə aksiyalar təşkil edirlər.