Ştaynmayer Çavuşoğlunun müraciətinə yox dedi
Almaniya xarici işlər naziri ermənilərin "soyqırımı"nın Almaniya parlamentind təsdiqlənməsi barədə öz türkiyəli həmkarının müraciətini rədd edib.
Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer bildirib: Almaniya bu ölkə parlamenti nümayəndələrinin İncirliyə səfər etməsinə dair Türkiyənin təsiri altına düşməyəcək.
Ştaynmayer Osmanlı imperiyası dövründə ermənilərin "soyqırımı" barədə Almaniya parlamentinin mövqeyinin geri götürülməsinə dair Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun müraciətini rədd edərək deyib: Fikrimcə, bu məsələlərin bir-biri ilə əlaqəsi yoxdur və mən bunu, türkiyəli həmkarımın özünə də demişəm.
Almaniya İncirlik hava bazasında qüvvə yerləşdirib və Almaniya parlamentində ermənilərin "soyqırımı" rəsmən tanındığı zamandan, Türkiyə bu ölkə parlament nümayəndələrinə bu baza ilə yaxından tanış olmaq icazəsi vermir.
Çavuşoğlu ötən gün bildirib ki, əgər Almaniya öz parlamentində bu istiqamətdə yeni bir addım atmazsa, Türkiyə bu ölkə parlamenti nümayəndələrinə İncirlik bazası ilə yaxından tanış olmaq icazəsi verməyəcək.
Sosial-Demokrat partiyası cari ilin sonunda Almaniya ordusunun İncirlikdə tapşırıq müddəti başa çatdıqdan sonra onun müddətinin uzadılmamasını istəyir və bu partiyanın üzvü olan Ştaynmayer belə addımla razıdır.