İslami üzgüçülük geyimindən istifadəyə qadağa Fransa qanunlarına ziddir
Fransa daxili işlər naziri islami üzgüçülük geyimindən istifadəyə qadağanı konstitusiyaya zidd və əvəzolunmaz gərginlik və düşmənçiliklərə şərait yaradan adlandırıb.
Lakroa qəzetinin məlumatına görə, Fransa daxili işlər naziri Bernard Cazeneuve deyib: Sağçı siyasi şəxsiyyətlərin bir qrupunun müsəlman qadınların islami üzgüçülük geyimindən istifadənin qadağan olunması qanunun tərəfdarı olmasına baxmayaraq, hökumət bu barədə qanunun tətbiq olunmasından çəkinir. Çünki belə qanun konstitusiyaya ziddir və yararsızdır və əvəzolunmaz düşmənçilik və gərginliklərin yaranması ilə nəticələnəcək.
Cazeneuve əlavə edib: Fransa hər şeydən öncə müsəlmanlarla dinc əlaqələrə ehtiyaclıdır. Amma hər iki tərəf təmkinliyə ehtiyaclıdır və müsəlmanlar cinsi bərabərlik məsələsində Fransanın yanında olmalıdırlar.
Fransanın bir neçə şəhərinin meri son vaxtlar müsəlman qadınların islami üzgüçülük geyiminndən istifadə etməsini qadağan edib və onu siyasi islamın nişanəsi adlandırıblar. Şahidlərin bildirdiyinə görə, bu qadağa ardınca, Kurs adasında qarşıdurmalar yaranıb və bu məsələ sonda milli prizmanı özündə əhatə edib.
Avropa müsəlmanlarının əksəriyyətini təşkil edən Fransa rübəndə qadağa qanunu icra edən ilk Avropa ölkəsidir. Halbuki bu ölkə "hərtərəfli şəkildə azadlığı" ilə məşhurdur.