Avq 30, 2016 12:21 Asia/Baku
  • Dilemma Rossef
    Dilemma Rossef

Braziliyanın vəzifəsi dayandırılmış prezidentinin tərəfdarları bu ölkə Senatının qarşısına toplaşıblar.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, impiçmentliyi ilə əlaqədar bazar ertəsi günü ilk iclasda iştirak etmiş Braziliyanın prezidenti Dilemma Rossefin yüzlərlə tərəfdarı Braziliya şəhərində Senatın qarşısına toplaşıb. 

Rossefin tərəfdarları "Dilemma, Braziliya diyarının mübarizi" məzmunlu şüarlar səsləndiriblər. 

Bazar günü də yüzlərlə Braziliya vətəndaşı Mane Qarrişa stadionu yaxınlığında aksiya keçirərək Rossefi dəstəklədiyini bildirib və onun kənarlaşdırılması prosesinin dayandırılmasını istəyib. 

İctimai hesablara müdaxilə etmək ittihamı ilə Dilemma Rossefin kənarlaşdırılması prosesi cümə axşamı günü Braziliya Senatında başlayıb. 

Rossef ilk iclasında Braziliya Senatında özünü müdafiə edib. 

Braziliya Senatı 2016-cı il 12 mayda korrupsiya ittihamı ilə Dilemma Rossefin fəaliyyətini dayandırıb. Belə ki, 180 gün ərzində prezidentin impiçment olunması barədə öz yekun qərarını vermək üçün araşdırmalar aparsın. 

Teqlər