Avq 30, 2016 16:29 Asia/Baku
  • Almaniyada 9 min miqrant uşağın itkin düşməsi ilə bağlı nigaranlıqlar
    Almaniyada 9 min miqrant uşağın itkin düşməsi ilə bağlı nigaranlıqlar

Almaniya polisi bildirib: Təxminən 9 min miqrant uşaq bu ölkədə itkin düşüb. Bu məsələ uşaqların qaçaqçılığı və onlardan Avropada sui-istifadə olunması barədə nigaranlıqları artırıb.

İRNA-nın məlumatına görə, Almaniyanın təftiş polis idarəsi bazar günü bir bəyanatda bildirib: Almaniya rəsmiləri bu ölkədə qeydə alınan 8 min 991 miqrant uşaq barəsində heç bir məlumata malik deyillər. Onlardan 867 nəfərinin 13 və ya aşağı yaşı vardır. Onların əksəriyyəti 14-17 yaşındadır. 

Məlumata görə, Almaniya polisi xatırladıb: Bu ölkədə itkin düşən uşaq və yeniyetmələrin sayı cari ilin əvvəlindən bəri ikiqat artıb. 

Bu arada, mütəşəkkil qaçaqçılıq qruplarının bu uşaqlardan sui-istifadə etməsi ilə bağlı nigaranlıqlar olunub və uşaqları mühafizə təşkilatları da təhlükə elan ediblər. 

Uşaqların Xilası (Save the Children) qrupu da bildirib ki, polisin yeni məlumatından çox nigarandır. Bu məlumat qeyd olunan qrupun bir qrup miqrant uşağın İtaliyada məcburi şəkildə işə cəlb olunmasına dair faktları əldə etməsindən  bir neçə həftə sonra yayımlanıb. 

Avropa Birliyinin Cinayət Materialları Təşkilatı yanvar ayında xəbərdarlıq edib: Miqrant uşaqlar Avropada cinayətkar strukturlar tərəfindən sui-istifadə ilə üzləşiblər. 

Almaniyanın təftiş polisi eyni zamanda bildirib: İtkin düşmüş uşaqlarla bağlı elan olunan statistika yayındırıcı ola bilər və bu uşaqlardan bir hissəsi öz yaxınları ilə təhlükəsizlikdə ola bilərlər. 

Almaniya polisi xatırladıb: Ötən ildə 1,1 milyon miqrantın Almaniyaya daxil olması, onların hamısına dəqiq nəzarət və qeydiyyat işini çətinləşdirmişdir. 

Teqlər