Sen 05, 2016 09:24 Asia/Baku
  • Braziliya polisi ilə etirazçılar arasında insident
    Braziliya polisi ilə etirazçılar arasında insident

Braziliya polisi hökumət əleyhinə etirazları dayandırmaq üçün gücdən istifadə edib.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Braziliya polisi Dilemma Rossefin prezidentlikdən kənarlaşdırılmasına etiraz üzrə dinc aksiyanın sonunda minlərlə etirazçını aksiya məkanından uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 

Braziliyanın yeni prezidenti Mişel Temerə qarşı Rio De Janeyro, Koritiba və digər şəhərlərdə etiraz aksiyaları keçirilib. 

Braziliyanın yeni prezidenti Mişel Temerə qarşı bu böyuk aksiyalarla yanaşı qeyd edək ki, o ötən həftə Dilemma Rossefin yerinə prezident olaraq and içib. 

Braziliya Senatı Dilemma Rossefin korrusiya səbəbi ilə kənarlaşdırılmasına rəy verib. 

Teqlər