Sen 07, 2016 10:09 Asia/Baku
  • Vladimir Putin
    Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin deyib: Vaşinqton İranın nüvə təhdidi planının ilk mərhələsində ABŞ-ın raket sistemlərini Avropanın şərqində və Rusiya sərhədlərində yerləşdirmək üçün bu məsələdən bir bəhanə kimi istifadə etdi.

Bloomberg informasiya agentliyinin verdiyi məlumata görə, Rusiya prezidenti deyib: İranın nüvə işinin öz həllini tapmasına baxmayaraq, Amerika hələ də heç bir səbəb olmadan öz raket sistemini genişləndirir. 

Putin deyib: İran ilə nüvə anlaşmasının imzalandığı zamandan artıq heç bir təhdid qalmayıb və Amerika da bu sənədi imzalayan tərəflərdən biridir. Amma, buna baxmayaraq, ABŞ-ın hərbi və militarist rəftarları hələ də davam edir. Rumıniya və Polşada raket sistemləri yerləşdirir. Rusiya prezidenti əlavə edib: nüvə anlaşmasının imzalanmasından öncə Amerika bu silahların Rusiya əleyhinə olmadığını iddia edirdi. Biz isə bildirdik ki, öz raket sistemlərimizi təkmilləşdirməklə buna cavab verəcəyik. 

Teqlər