ABŞ və Rusiya Suriyada atəşkəsin bərpası üçün razılaşdı
https://azeri.sahartv.ir/news/dünya-i233945-abŞ_və_rusiya_suriyada_atəşkəsin_bərpası_üçün_razılaşdı
ABŞ dövlət katibi və Rusiya xarici işlər naziri şənbə günü Suriyaya sülhün qaytarılması üçün ikitərəfli razılıqdan xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2016 05:20 Asia/Baku
  • ABŞ və Rusiya Suriyada atəşkəsin bərpası üçün razılaşdı
    ABŞ və Rusiya Suriyada atəşkəsin bərpası üçün razılaşdı

ABŞ dövlət katibi və Rusiya xarici işlər naziri şənbə günü Suriyaya sülhün qaytarılması üçün ikitərəfli razılıqdan xəbər veriblər.

ABŞ dövlət katibi Con Kerri bu xəbəri bildirərək deyib ki, bu anlaşmanın sülhü Suriyaya qaytaracağına və Suriya vətəndaşlarının əzab-əziyyətinin azalması ilə nəticələnəcəyinə ümid bəsləyir.

ABŞ dövlət katibi jurnalistlərə verdiyi açıqlamada bildirib: 12 sentyabr bazar ertəsindən Suriyada atəşkə üzrə yeni razılaşma Qurban bayramı ilə eyni vaxtda başlayacaq.

Bu anlaşma bütün hücumların, o cümlədən hava hücumlarının dayandırılması, Suriyada ehtiyaclı bölgələr, o cümlədən Hələbə humanitar yardımların göndərilməsinə şamil olur.

O həmçinin İŞİD və əl-Nüsrə Cəbhəsi terror qruplaşmalarının mövqelərinə hücum üçün Rusiya ilə müştərək əməliyyat mərkəzinin yaradılmasından xəbər verib.

ABŞ dövlət katibi Moskvanın Suriya prezidenti Bəşşar Əsəd hökumətinin atəşkəsə sadiq qalmasına zəmanət verməsini gözləyir.

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib: Rusiya və Amerika əməkdaşlıqlarında etimadsızlıq və iki ölkənin Suriya barəsində müzakirələri davam etməkdədir.

Bu razılaşma üçün əsas prioritetin atəşkəsin qorunması olduğunu bəyan edən Lavrovun sözlərinə görə, Amerika və Rusiya gələn 48 saat ərzində Suriyada qarşıdurmaların dayandırılmasından arxayın olmaq üçün bütün tərəflərlə əməkdaşlıq edəcək.

Lavrov deyib: Moskva yeni razılaşmanın detallarını Suriya hökumətinin diqqətinə çatdırıb və Dəməşq onun icrasına hazırdır. Rusiya xarici işlər naziri əlavə edib: Heç kim Amerika ilə əldə olunan yeni razılaşmanın icra olunmasına zəmanət verə bilməz.

BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Mistura bu razılaşmanı müsbət qarşılayıb.