Türkiyə Rusiya ilə əməkdaşlıqlara hazır olduğunu bildirib
https://azeri.sahartv.ir/news/dünya-i237407-türkiyə_rusiya_ilə_əməkdaşlıqlara_hazır_olduğunu_bildirib
Türkiyənin xarici işlər naziri ölkəsinin Suriyada atəşkəs rejiminin yaranması və bu ölkəyə humanitar yardımların göndərilməsi üçün Rusiya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2016 13:48 Asia/Baku
  • Mövlud Çavuşoğlu
    Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri ölkəsinin Suriyada atəşkəs rejiminin yaranması və bu ölkəyə humanitar yardımların göndərilməsi üçün Rusiya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Röytersin verdiyi məlumata görə, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu bu barədə açıqlama verib. 

Çavuşoğlu həmçinin beynəlxalq ictimaiyyətin Suriyada atəşkəsin bərqərar olunması və Suriya böhranı üçün siyasi həll yolunun əldə olunması məqsədi ilə əməkdaşlıq etməli olduğunu vurğulayıb. 

Buna baxmayaraq Türkiyə Suriyadakı terrorçu qruplara dəstək verərək Suriyadakı böhranın qızışmasının əsas amillərindən biri hesab olunur. 

Qeyd edək ki, Moskva və Vaşinqton arasında razılaşdırılmış son atəşkəs rejimi ABŞ-ın Suriya ordusunun mövqelərinə qarşı hücumu, ardınca isə Hələbdə humanitar yardım karvanını hədəfə almasından sonra məğlubiyyətə uğradı.