Ukraynanın şərqində toqquşmalar davam edir
-
Ukraynanın şərqində toqquşmalar davam edir
Ukraynanın şərqində yerləşən müxalifət qüvvələri ordunun bu bölgələrə hücumlarının davam etdiyini bildiriblər.
TASS informasiya agentliyinin verdiyi məlumata görə, Ukraynanın şərqindəki müxaliflər bu gün bildiriblər ki, Ukrayna ordusu son sutka ərzində müxaliflərin mövqelərini 6 dəfə atəşə tutub.
Bu məlumata görə Kalinov kəndi Ukrayna ordusu tərəfindən beş dəfə raket və yüngül silahlarla hədəfə alınıb.
Ukraynanın şərqində bir tarixi ərazi dövlət qüvvələrinin hücumuna məruz qalıb.
Bu toqquşmaların ehtimali tələfatı barədə hələlik məlumat yoxdur.
Ukraynanın şərqindəki böhranın həlli üçün yaradılmış təmas qrupunun üzvləri 2016-cı il 26 avqustda Belarusun paytaxtı Minsk şəhərində keçirilən iclasda sentyabrın birindən regionda məhdudiyyətsiz atəşkəs elan edəcəklərini bildirmişdilər.
Ukrayna dövləti ilə ölkənin şərqindəki müxaliflər arasında razılaşmaya baxmayaraq ara-sıra toqquşmalar hələ də davam edir.
Birləşmiş Millətlər Təşkilatı Ukraynada gedən toqquşmaların 2014-cü ildən bəri 10 min nəfərin həyatına son qoyduğunu bildirib.