Lavrov ABŞ-ın qərarından təəssüfləndiyini deyib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada fransalı həmkarı ilə müştərək mətbuat konfransında deyib: Biz Suriyada daimi atəşkəsin bərqərar olunması üçün ciddi səylər göstəririk və terrorizm ilə mübarizə üçün dəstəyə ehtiyaclıyıq .
Əl-Məyadin informasiya kanalı təcili məlumat yayaraq bildirib ki, Rusiyanın XİN başçısı deyib: ABŞ-ın Suriya məsələsində Rusiya ilə iki tərəfli danışıqları dayandırması qərarından təəssüflənirik. Vaşinqton koalisiyası Cəbhətünnüsrə ilə mötədil qrupları biri-birindən ayırmaqda acizdir. Biz əməliyyatların dayandırılması və müxtəlif bölgələrə humanitar yardımların çatdırılması barədə üzərimizə götürdüyümüz öhdəliklərə sadiq qalmalıyıq.
Sergey Lavrov deyib: Hələbə yardım çatdırmağa yol açılsın deyə müxaliflər öz qüvvələrini Kastello yolundan çəkə bilmədilər .
Vaşinqton ilə atəşkəs razılaşması Suriyaya humanitar yardımların çatdırılmasına kömək edir. Əməliyyatların dayandırılması Cəbhətünnüsrə, İŞİD və onların tabeliyində olan digər qrupları nəzərdə tutmur. Suriyada əhatəli danışıqlar əsasında siyasi prossesi əvəz edəcək heç bir yol yoxdur.
Lavrov deyib: Avropanın Hələbə yardım üçün təklif etdiyi sənəd araşdırılmağa layiqdir. Biz BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Misteranın Cəbhətünnüsrə yaraqlılarının Hələbdən çıxması barədəki layihəsini araşdırırıq. Biz həm də Fransanın BMT TŞ-yə Hələb barədəki təklif layihəsini də araşdıracağıq.