Ukrayna dövlətinin yeni anti-Rusiya hərəkəti
https://azeri.sahartv.ir/news/dünya-i239129-ukrayna_dövlətinin_yeni_anti_rusiya_hərəkəti
Ukrayna dövləti ölkədə bütün elan tablolarında rus dilindəki yazıların yığışdırılması qərarına gəlib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2016 15:32 Asia/Baku
  • Ukrayna dövlətinin yeni anti-Rusiya hərəkəti
    Ukrayna dövlətinin yeni anti-Rusiya hərəkəti

Ukrayna dövləti ölkədə bütün elan tablolarında rus dilindəki yazıların yığışdırılması qərarına gəlib.

İSNA-nın verdiyi məlumata görə, Ukraynanın infrastrukturlar naziri Vladimir Umelian bu gün deyib: 2016-ci ilin axırlarınadək qatar və şəhər nəqliyyatı stansiyalarında rus dilində olan bütün istiqamətləndirici tablolar yığışdırılacaq və Ukrayna və ingilis dilli tablolarla əvəz ediləcək. Ukraynanın İnfrasturuktur Nazirliyi bu qərarın Avropa Birliyi ilə tam inteqrasiya istiqamətində verildiyini deyib və bildirib: Ukraynada bütün nəqliyyat infrasturukturlarını AB standartlarına uyğunlaşdırmalıdır.

Bu tədbirlər elə bir şəraitdə həyata keçirilir ki, Ukraynada əhalinin 30 faizindən çoxu rus əsillidir və Ukrayna dilindən sonra ən çox istifadə olunan dil rus dilidir. 

Ukrayna və Rusiya arasında son illərin qarşıdurmaları, Krım yarımadasının Rusiyaya ilhaq edilməsi, Ukrayna rəhbərlərini Rusiyaya aid olan hər hansı əlamətləri ölkədən təmizləmək qərarına gətirib.