Okt 12, 2016 12:45 Asia/Baku
  • Nigeriya müsəlmanları Şeyx Zəkzəkinin azadlığı üçün aksiya keçirdi
    Nigeriya müsəlmanları Şeyx Zəkzəkinin azadlığı üçün aksiya keçirdi

Nigeriya müsəlmanları bu ölkənin İslam Hərəkatının rəhbərinin azadlığı üçün aksiya keçiriblər.

İRNA-nın məlumatına görə, şiələrin üçüncü imamı Həzrət İmam Hüseynin (ə) Aşurası günü ilə əlaqədar Nigeriya müsəlmanlarının Şeyx İbrahim Zəkzəkinin azadlığı üçün ordu və təhlükəsizlik qüvvələri əleyhinə Abuca şəhərində aksiya keçirilib. 

Aksiyaçılar Kadona şəhərində şiələrin məscidinin mühasirəsinə son qoyulmasını, həmçinin şiələrin ictimai fəaliyyətinə tətbiq olunan qadağanın ləğv edilməsini tələb ediblər. 

Nigeriya ordusu və təhlükəsizlik qüvvələri ötən gecə Hüseyn Tasuası gecəsi Kadonada Nigeriya İslam Hərəkatının azı 15 üzvünü həbs ediblər. 

Qeyd edək ki, Kadona əyalətində dövlət rəsmiləri şiələrin repressiyasının davamında Nigeriya İslam Hərəkatını qeyri-qanuni elan ediblər. 

Bu əyalət rəsmilərinin iddialarına görə, Nigeriya İslam Hərəkatı ilə əməkdaşlıq və yaxud üzvlük üçün elan olunan cəzalar uzunmüddətli həbs və nağd cərimənin ödənməsidir. 

Siyasi analitiklərin sözlərinə görə, Nigeriya hökumətinin şiələrlə davranışı sionist rejimin siyasətləri çərçivəsində həyata keçirilir. 

Teqlər