ABŞ Rusiya qırıcılarının görüntüsünü yaradan hərbi təyyarələrdən istifadə etmək istəyir
https://azeri.sahartv.ir/news/dünya-i239450-abŞ_rusiya_qırıcılarının_görüntüsünü_yaradan_hərbi_təyyarələrdən_istifadə_etmək_istəyir
Londonda çıxan Ekspress qəzeti yazıb: Amerika öz hərbi təyyarələrini Rusiya qırıcıları görüntüsünə gətirərək Suriyada bəzi hədəflərə hücum etmək planı üzərində işləyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2016 15:14 Asia/Baku
  • ABŞ Rusiya qırıcılarının görüntüsünü yaradan hərbi təyyarələrdən istifadə etmək istəyir
    ABŞ Rusiya qırıcılarının görüntüsünü yaradan hərbi təyyarələrdən istifadə etmək istəyir

Londonda çıxan Ekspress qəzeti yazıb: Amerika öz hərbi təyyarələrini Rusiya qırıcıları görüntüsünə gətirərək Suriyada bəzi hədəflərə hücum etmək planı üzərində işləyir.

Rusiya qırıcıları kimi boyadılan ABŞ qırıcılarının videolarının yayılmasının ardınca Ekspress qəzetinin internet portalı yazıb: Amerika boyanmış təyyarələrlə Suriyadakı rəqiblərinin mövqelərini bombalamaq cəhdlərində ittiham edilir. 

Son günlər Amerika cetlərinin videosu yayılıb. Həmin cetlər mavi və boz rəngləri ilə boyanıb, bu rənglər isə daha çox Rusiya qırıcılarına məxsusdur. 

Bu təşəbbüsün təlim məqsədləri ilə həyata keçirildiyi deyilsə də, ABŞ-ın hərbi təyyarələri Rusiya qırıcıları kimi boyamaqda daha məkrli məqsədlər güddüyünə inananlar da var. Buna inananlar ABŞ-ın Suriyada müəyyən məqsədləri bombalamaq və sonra Rusiyanı hücumun amili kimi göstərmək niyyətində olduğunu deyirlər.