Okt 15, 2016 12:55 Asia/Baku
  • Myanmada müsəlmanlara qarşı zorakılıq
    Myanmada müsəlmanlara qarşı zorakılıq

Myanma müsəlmanlarının yenidən zorakılıq və ifratçılığın qurbanına çevrilməsi nigaranlığı yenidən aktuallaşmağa başlayıb.

Əlcəzirə telekanalının verdiyi məlumata görə, Myanmanın təhlükəsizlik qüvvələri Banqladeş ilə sərhəd məntəqədə Myanma polisinə edilən hücumlara reaksiya olaraq, bu hadisədə şübhəli bilinən çoxlu sayda insanı qırğın ediblər. 

Bazar günü bir qrup silahlı polis qüvvələrinə hücum edib. Bu hadisədə bir neçə polis zabiti öldürülüb. Hazırda polis hadisə amillərini tapmağa çalışır. Hücumçuların Ruhinqa müsəlmanlarından olduğu iddia edilir. 

Milli Arakan Partiyasından Aye Maung deyir: Bu terror hücumu güclü siyasi məqsədlərə malik olub. Bu hücum öncədən planlaşdırılıb. Onların məqsədi aydındır. Bəzi beynəlxalq terrorçu qruplaşmalar onları himayə edirlər. Bəzi insan haqları təşkilatları şübhəliləri təqib əməliyyatının sivil əhalinin repressiya edilməsi ilə nəticələnəcəyindən nigarandırlar. 

Myanma buddistləri Raxin əyalətində Ruhinqya müsəlmanlarını Banqladeşdən gəlmiş qanunsuz mühacirlər hesab edirlər. Həmçinin, son qarşıdurmalar 2000-ci ildə buddistlərin müsəlmanlara qarşı törətdikləri qırğınların yenidən təkrarlanmasına yol açacağı barədə nigaranlıqlara səbəb olub.

2000-ci ildə Myanma buddistlərinin Ruhinqya müsəlmanlarına qarşı zorakılıqlarında minlərlə nəfər həlak olmuş, on minlərlə nəfər yaşadığı yerdən didərgin düşmüşdü. Minlərlə müsəlman isə qonşu ölkələrə sığınmışdı. 2015-ci ildə ABŞ-ın Yale Hüquq İnstitutu tərəfindən hazırlanmış hesabata görə, Myanma dövləti Ruhinqya müsəlmanlarına qarşı soyqırımı törədib. 

Avqust ayında bildirilmişdi ki, BMT-nin sabiq baş katibi Kofi Annan Myanmada insan haqlarının pozulması hallarını araşdıracaq komissiyaya sədr təyin edilib. Myanmanın ifratçı milliyyətçi buddistləri isə bu qərara etiraz etdilər və Raxin əyalət məclisi bir qətnamə qəbul edərək, belə bir komissiyanın təşkil edilməsini qınayıb.  

Teqlər