Okt 21, 2016 10:20 Asia/Baku
  • Yiens Stoltenberq
    Yiens Stoltenberq

Şimali Atlantika Alyansı NATO Rusiyanın təyyarədaşıyan gəmisinin Hələb savaşına qoşulmasından nigaranlıq edib.

NATO-nun baş katibi Yiens Stoltenberq cümə axşamı Brüsseldə deyib: Rusiyanın təyyarədaşıyan gəmisinin Suriyadakı hərbi əməliyyatlara dəstək verməsi bizi nigaran edir. 

Fransa prezidenti Fransua Olland da cümə axşamı bu barədə deyib: Hələb şəhərinə edilən hücumlarda Rusiyanın rolunu nəzərə aldıqda Avropa Birliyi Rusiya əleyhinə sanksiya seçimini hələ də gündəmdə saxlamalıdır.

Olland Avropa Birliyinin Brüsseldə keçirilən sammitində çıxışı zamanı həmçinin deyib: Bütün seçimlər dəyərləndirilməlidir. 

Rusiya əleyhinə səsləndirilən bu fikirlər Rusiya prezidenti Vladimir Putinin cümə axşamı Hələbdə elan olunmuş atəşkəsin müddətini 24 saat daha uzatmasından xəbər verməsinin ardınca səsləndirilib. Rusiya Hələbdə atəşkəsin elan edilməsində məqsədin şəhər sakinlərinin təyin olunmuş keçid məntəqələrindən döyüş bölgələrini tərk etmələrinə, yaralıların çıxarılmasına habelə, terrorçuların Hələbin şərq hissəsindən çıxmasına şəraitin yaradılması elan edilib. 

Teqlər