Lavrov: Cəbhətün-Nüsrəni saxlamaqda məqsəd Suriya hökumətini devirməkdir
https://azeri.sahartv.ir/news/dünya-i240977-lavrov_cəbhətün_nüsrəni_saxlamaqda_məqsəd_suriya_hökumətini_devirməkdir
Lavrov: Xoşməramlılıq əlaməti olan tədbirlərə rəğmən Cəbhətün-Nüsrə və Əhrarüş-Şam Hələbdən geri çəkilməklə razılaşmırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2016 16:27 Asia/Baku
  • Sergey Lavrov
    Sergey Lavrov

Lavrov: Xoşməramlılıq əlaməti olan tədbirlərə rəğmən Cəbhətün-Nüsrə və Əhrarüş-Şam Hələbdən geri çəkilməklə razılaşmırlar.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada quatemalalı həmkarı ilə birgə mətbuat konfransında deyib: Hökumətlərin dəyişdirilməsini qəbul etdirmə istiqamətində gedən səylərdən uzaqlaşmaq lazımdır. Xoşməramlılıq əlaməti olaraq həyata keçən təşəbbüslərə rəğmən Cəbhətün-Nüsrə və Əhrarüş-Şam Hələbdən geri çəkilməklə razılaşmırlar. Ən-Nüsrəni saxlamaq üçün olan bir planın olmasından şübhələnirik, hansı ki, həmin planın məqsədi Suriya hökumətini gücdən istifadə edərək devirməkdən ibarətdir. Lavrov deyib:Vladimir Putin atəşkəsin müddətinin uzaldılması ilə razılaşıb, əlbəttə bu başqa tərəflərin atəşkəsi pozmayacağı təqdirdə reallaşa bilər. 

Rusiyanın XİN başçısı deyib: Rusiya Türkiyənin Suriyanın şimalında yerləşən kürdlərin mövqelərinə qarşı hücumlarından nigarandır. 

Lavrov deyib: Türkiyənin Suriyanın şimal bölgələrinə hava hücumları ilə bağlı məlumatlar almışıq. Biz baş verənlərə görə nigaranıq, görünür bu hücumlar kürd sakinli bölgələrə qarşı həyata keçirilir. 

Lavrov Türkiyənin ABŞ-ın başçılıq etdiyi " İŞİD-ə qarşı koalisiya"-nın üzvü olduğuna toxunaraq deyib: ABŞ koalisiyanın rəhbəri olaraq təyin olunmuş hədəflərdə qalmalıdır.