Bokoharamın Nigeriyada bir hərbi bazaya hücumunda onlarla əsgər ölüb
Bokoharamın Nigeriyada bir hərbi qərargaha hücumu nəticəsində onlarla nigeriyalı əsgər ölüb.
Misirin əl-Youmus-Sabe xəbər portalının verdiyi məlumata görə, Nigeriyanın yüksək rütbəli bir zabiti deyib: Bokoharam qrupunun ünsürləri dünən Nigeriyanın şimal-şərqində bir hərbi qərargaha hücum edərək 83 əsgəri qətlə yetiriblər.
Nigeriya ordusunun zabitlərindən biri deyib: Öldürülən əsgərlər hərbi silah-sursatın çatışmadığına görə Bokoharam ünsürlərinin hücumunu dəf edə bilməyiblər.
Nigeriyalı zabit deyib: Onlarla əsgər Bokoharamın əlindən qaçarkən özlərini Niger çayına atıblar və indiyədək Niger çayından 22 əsgərin cəsədi çıxarılıb və suda boğularaq ölən əsgərlərin sayının artacağı proqnozlaşdırılır.
Öncə Nigeriya ordusunun sözçüsü Sani Kukaşika Osman da Caşicar kəndinin hərbi qərargahına edilən hücumda onlarla əsgərin itkin düşməsi, 13 əsgərin isə yaralanmasından xəbər vermişdi.
Üsyançı-təkfirçi qrup olan Bokoharam Nigeriyanın şimalında fəaliyyət göstərir. Bu qrup müasir tipli məktəblərin bağlanmasını və ölkənin 36 vilayətinə təkfirçi ideologiyanın qəbul etdirilməsini istəyir.