Gürcüstanda parlament seçkilərinin 2-ci turunda hakim partiya qalib gəlib
-
Gürcüstanda parlament seçkiləri
Gürcüstanın hakim partiyası bu ölkə parlament seçkilərinin 2-ci turunda qalib gəlib.
Gürcüstanda parlament seçkilərinin 2-ci turu keçirildikdən bir gün sonra, bu ölkənin Mərkəzi Seçki Komissiyasının sözçüsü statistikaları təqdim edərək hakim Gürcüstan Röyası partiyasının seçkiləri 2-ci tura qalmış 50 bölgədə 48 seçki məntəqəsində qətiyyətlə qələbə çaldığını bildirib.
Bildirildiyinə görə, müstəqil namizədlər yalnız iki seçki məntəqəsində çox səs toplayıblar.
Gürcüstan parlament seçkilərinin nəticəsinə görə, Gürcüstan Röyası partiyası 115, Milli Birlik Hərəkatı partiyası 27 və Millətçilər Koalisiyası 6 yeri əldə edəcəklər. Parlamentdə daha çox yeri əldə edən partiya yeni hökumətin təşkili və konstitusiyanın islahını üzərinə götürəcək.
Müxalifət hökuməti parlamentdə böyük saxtakarlıqda suçlayır. Lakin Gürcüstan rəsmiləri bu iddianı təkzib ediblər.
Gürcüstan vətəndaşları bazar ertəsi günü bu ölkə parlament seçkilərinin 2-ci turunda iştirak etmək üçün səsvermədə iştirak ediblər. 8 oktyabrda keçirilən parlament seçkilərinin ilk turunda 73 səsvermə məntəqəsindən yalnız 23 seçki məntəqəsində parlament deputatları müəyyənləşib və 50 səsvermə məntəqəsində deputatların müəyyənləşməsi üçün 2-ci tur keçirilib.
Gürcüstanın seçki qanunlarına əsasən, ölkə boyu 77 deputat və daha 73 deputat isə ayrı-ayrılıqda hər bölgədə seçiləcəkdir. 8 oktyabr seçkilərində və hər bir seçki məntəqəsində 50 deputatın müəyyənləşməsi 2-ci tura qalmışdı.