NATO və Rusiya Balkanlarda hərbi təlim keçirirlər
https://azeri.sahartv.ir/news/dünya-i243362-nato_və_rusiya_balkanlarda_hərbi_təlim_keçirirlər
NATO Monteneqroda hərbi təlimlər keçirərkən Rusiya da bu gündən etibarən Serbiya ilə birgə Balkanda Monteneqro yaxınlığında hərbi təlimlərə start verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2016 09:48 Asia/Baku
  • NATO və Rusiya Balkanlarda hərbi təlim keçirirlər
    NATO və Rusiya Balkanlarda hərbi təlim keçirirlər

NATO Monteneqroda hərbi təlimlər keçirərkən Rusiya da bu gündən etibarən Serbiya ilə birgə Balkanda Monteneqro yaxınlığında hərbi təlimlərə start verib.

NATO-nun 5 günlük təliməri bazar ertəsi günündən başlanıb və məqsədinin kimyəvi hücumlar eləcədə daşqınla qarşılaşmaq olduğu bildirilib. Bu təlimlərdə hərbi alyansın 10 üzvü iştirak edir. 

Rusiyanın Serbiyada hərbi təlimləri isə bu gündən etibarən başlanaraq 13 gün müdətinə davam edəcək. 

Rusiyanın Müdafiə Nazirliyinin bildirdiyinə görə, bu təlimlərdə Rusiyadan 150 paraşutçu, hava qoşunlarının 50 zabiti və 3 yük daşıyan təyyarə,Serbiya və Belarusdan bir neçə hərbçi iştirak edir. 

NATO 700 min əhalisi olan kiçik Monteneqro ölkəsini bu hərbi alyansa üzv olmağa çağırıb, bu çağırış isə Kreml rəhbərlərini qəzəbləndirib. 

NATO iki il öndə Krim yarımadasının Rusiya Federasiyasına ilhaq edilməsindən sonra Moskva ilə bütün əlaqələrini dayandırıb. 

ABŞ və NATO Avropanın şərqindəki hərbi bazalarda rakek hücumundan müdafiə sistemləri yerləşdiriblər, bu da rəsmi Moskvanın kəskin etirazına səbəb olub.