Sionist rejimi boykot etmək avropalıların haqqıdır
-
Federika Moqerini
Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru sionist rejimin boykot edilməsinin avropalıların haqqı olduğunu deyib.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, AB xarici siyasət üzrə koordinatoru Federika Moqerini bu gün AB-nin İrlandiyadan olan nümayəndəsi Martina Endersonun sionist rejimi boykot kampaniyası barədə verdiyi suala yazılı cavabda bildirib: İsraili boykot kampaniyasında iştirak etmək istəyən avropalıların söz azadlığı və vətəndaşlıq hüquqlarına hörmət edilir.
Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru, AB-də fələstinlilərin hüquqlarının müdafiəçilərindən olan Martina Endersonun sualına cavabda deyib: AB bu birliyin təməl haqlar nizamnaməsinə uyğun olaraq avropalıların söz azadlığı və toplantı azadlıqlarını müdafiə edir, bu isə Avropa Birliyi ərazilərində İsrailə qarşı boykot kampaniyasına da şamil olur.
Avropa Parlamentinin İrlandiyadan olan üzvü öncə AB-dən BDS hərəkatı fəallarının söz azadlığından istifadə haqqını müdafiə üçün rəsmi öhdəliyini elan etməsini istəmişdi.
AB xarici siyasət üzrə koordinatorunun avropalıların İsrail rejimini boykot etmək haqqını açıq-aşkar müdafiə etməsi Avropada Fələstini müdafiə edən fəalların rəğbətini qazanmışdır.
BDS milli komitəsinin rəhbərlərindən olan Riya Həsən bir bəyanat yayaraq bildirib ki, Avropa Birliyinin avropalıların Fələstin xalqı ilə həmrəyliklərini gecikmiş müdafiəsini müsbət qiymətləndirir.
Sionist rejimi boykot hərəkatı(BDS) sionist rejimin Fələstinə qarşı işğalçılığına son qoyulması, fələstinli didərginlərin öz doğma yurdlarına qayıtmaq haqqına hörmət edilməsi məqsədi ilə İsrail rejiminə qarşı iqtisadi və siyasi təzyiqləri gücləndirmək üçün ümumdünya təşəbbüsdən ibarətdir. Bu tədbiri Fələstin Milli Komitəsi təşkil edərək ona 2005-ci ildən start verib.