Türkiyə Avropanın kürd rəhbərlərin həbsi ilə bağlı tənqidlərini qəbuledilməz adlandırıb
Noy 05, 2016 12:52 Asia/Baku
Türkiyənin xarici işlər naziri Avropa Birliyi ölkələrinin kürd müxalifət deputatlarının həbsinə qarşı tənqidlərinin qəbuledilməz olduğunu bildirərək AB-ni PKK-nı dəstəkləməkdə ittihamlandırıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən müxbirlərə verdiyi açıqlamada deyib: Avropa ölkələrinin bir çoxu PKK-ya dəstək verir və Türkiyə qanun aliliyi sahəsində AB-dən təlimat almayacaq.