Tramp müsəlmanlardan üzr istəsin
https://azeri.sahartv.ir/news/dünya-i245033-tramp_müsəlmanlardan_üzr_istəsin
Amerikalı analitik seçilmiş prezident Donald Trampın təhqiramiz çıxışlarına görə müsəlmanlardan üzr istəməli olduğunu deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 11, 2016 10:50 Asia/Baku
  • Donald Tramp
    Donald Tramp

Amerikalı analitik seçilmiş prezident Donald Trampın təhqiramiz çıxışlarına görə müsəlmanlardan üzr istəməli olduğunu deyib.

CNN telekanalının verdiyi məlumata görə, Din Abdullah bu telekanala verdiyi müsahibədə deyib: "Birləşmiş Ştatların seçilmiş prezidenti Donald Tramp çərşənbə günü seçkilərdə qələbə çalmasının ardınca çox yaxşı fikirlər səsləndirdi və bütün amerikalıların prezidenti olacağını dedi. İndi, Trampın görməli olduğu ilk iş seçki rəqabətləri zamanı qaralamağa çalışdığı Amerika ictimaiyyətini təşkil edən qruplardan üzr istəməkdir. O, müsəlmanlardan, latın amerikalılardan, əlillərdən və qadınlardan üzr istəməlidir. Sonra, Tramp bu qrupları təmsil edən nümayəndələr seçməli və onlara yüksək dövlət vəzifələri verməlidir. O, bu insanlara öz hökumətinin ən üst təbəqəsində yer verməlidir. Yalnız o zaman Tramp itirilmiş etimadı geri qazana bilər. Mühüm olan Trampın dediyi sözlər yox, görəcəyi işlərdir. Seçki rəqabətləri zamanı Trampın sözləri hər gün dəyişirdi və sonda onun necə bir proqrama malik olduğu aydınlığa qovuşmadı. Tramp, bütün amerikalıların prezidenti olacağını desə də, hislərinə toxunduğu qrupların könlünü almaq üçün heç bir iş görməsə, bu yolun sonu olmayacaq."