Tramp ABŞ-ın Asiyanın qərbindəki militarist siyasətlərini dolayısı ilə qınayıb
-
Donald Tramp
ABŞ-ın yeni seçilmiş prezidenti : "Bizim siyasətçilər müharibə sahəsində xalqı məyus ediblər, 15 ildir Orta Şərq müharibəsi ilə məşğuluq və indiyədək 6 trilyon dollar xərcləmişik".
Donald Tramp prezident seçkilərindən sonra ilk televiziya müsahibəsində CBS telekanalına verdiyi açıqlamada deyib: "Bizim siyasətçilərimiz uzun müddətdir xalqı məyus etdiblər. Onlar xalqı iş yerləri ilə əlaqədar məyus ediblər, onlar hətta müharibə sahəsində də xalqı məyus ediblər, 15 ildir başımız Orta Şərq müharibəsinə qarışıb, biz Asiyanın qərbində 6 trilyon dollar xərcləmişik, biz bu pulla ölkəmizi yenidən bərpa edə bilərdik, şose yolları, körpülər, tunellər və hava limanlarımızın durumuna baxın! Artıq sıradan çıxmış yerlərə bənzəyir, seçkilərin bugünkü nəticəsi uzun müddət üçün yaradılan vəziyyətə yox mənasını daşıyır".
Tramp "Prezident vəzifəsində olarkən də seçkilərdəki qələbəniz kimi xalqı təəccübləndirəcəksinizmi? sualını belə cavablandırıb: "Mənim çox yaxşı fəaliyyətim olacaq, əlbəttə bu şəraitdən də asılıdır. Bəzi hallarda daha sərt davranmaq lazımdır, dünyaya baxıb görürəm ki, müxtəlif ölkələr bizim durumdan necə də faydalanırlar, tam fəxrlə deyirəm ki, Amerika mənim üçün ilk prioritet təşkil edir.