ABŞ imperiyası böhran içində
https://azeri.sahartv.ir/news/dünya-i245312-abŞ_imperiyası_böhran_içində
Prinston universitetinin müəllimi deyib: ABŞ imperiyası dərin böhrana girib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 14, 2016 09:06 Asia/Baku
  • Kornel Vest
    Kornel Vest

Prinston universitetinin müəllimi deyib: ABŞ imperiyası dərin böhrana girib.

BBC telekanalının verdiyi məlumata görə, hüquq müdafiəçisi, filosof Kornel Vest Donald Tramp barədə deyib: Bu seçkilərdə Berni Sanders kimi birisinə ehtiyacımız var idi, o ağdərili fəhlə kütləsini qane edə, onları başqa rənglərdə olan yoxsul kütləyə, qadınlar və homoseksuallara, əlil və yaşlılara qovuşdura bilərdi. Məncə əgər Hillari Klinton qalib gəlsəydi, bu gün ABŞ-ın Orta Şərq və Rusiyaya qarşı militarist siyasətlərinin daha da güclənəcəyindən nigaran qalacaqdıq.

Amerikalı filosof Tramp ilə Obamanın görüşündəki səmimilik barədə isə deyib: "Yaxşı bilirik ki, Amerikada neoliberal, mühafizəkar və hətta neofaşist, hamısı eyni cinsdəndir. Amma məni nigaran edən Trampın ailə proqramına qarşı çıxmasıdır. Mən həm də müsəlman və meksikalı bacı-qardaşlarıma görə nigaranam, mən həmişə ABŞ-ın gələcəyindən qorxuram. Bu gün Amerika imperiyası dərin böhrana girib, mənə elə gəlir ki, Amerikanı yenidən qurmağın yolu, həqiqətləri xalqa söyləmək və ədaləti icra etməkdən ibarətdir."