Afinada Obamaya qarşı etiraz aksiyası
https://azeri.sahartv.ir/news/dünya-i245927-afinada_obamaya_qarşı_etiraz_aksiyası
Yunanıstan paytaxtı Afinada vətəndaşlar ABŞ prezidentinin bu ölkəyə səfərinə etiraz olaraq aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2016 10:08 Asia/Baku
  • Afinada Obamaya qarşı etiraz
    Afinada Obamaya qarşı etiraz

Yunanıstan paytaxtı Afinada vətəndaşlar ABŞ prezidentinin bu ölkəyə səfərinə etiraz olaraq aksiya keçiriblər.

Press TV-nin məlumatına görə, çərşənbə axşamı günü minlərlə yunan paytaxt Afina şəhərinin küçələrinə axşıaraq Amerikanın imperialist siyasətlərini pisləyib. 

Bu məlumata görə, Yunanıstan vətəndaşlarının anti-Amerika aksiyası polisin müdaxiləsi ilə insidentlə nəticələnib.

Afina polisi etirazçılara qarşı gözyaşardıcı qaz və səs bombasından istifadə edib. 

Amerikanın Afinadakı səfirliyi önünə getməyə cəhd edən etirazçılar polis məmurlarının sərtliyi ilə üzləşiblər. Bu etirazlar Yunanıstan Prezident Sarayında ABŞ prezidenti Barak Obama, Yunanıstan baş naziri Aleksis Sipras və prezident Prokopis Pavlopoulosun iştirakı ilə şam ziyafəti zamanı baş verib. 

Yunanların etirazları ilə yanaşı qeyd edək ki, bu ölkə rəsmiləri Afinada istənilən etiraz aksiyasını qadağan ediblər. 

Yunanıstan hökuməti Barak Obamanın bu ölkəyə səfərinin təhlükəsizliyini təmin etmək üçün 5 min polis məmurundan istifadə edib. ABŞ prezidenti Barak Obama çərşənbə axşamı günü Yunanıstan paytaxtı Afinaya daxil olub.