Noy 17, 2016 20:25 Asia/Baku
  • Rusiyanın
    Rusiyanın "İskander" raketləri Ermənistanda

Ermənistan prezidenti Rusiyanın "İskander" raketlərinin bu ölkədə yerləşdirilməsi xəbərini təsdiq etdi.

Trend-in məlumatına görə, Serj Sarkisyan bu gün deyib: Rusiyanın İskander raketləri yaxın gələcəkdə Ermənistanın Qumru hərbi bazasında yerləşdiriləcək.

S.Sarksiyan İskander raketlərinin Ermənistan ərazisində yerləşdirilməsini zəruri adlandırıb və bu kimi raketlərin Ermənistanda yerləşdirilməsinin məqsədini bu ölkənin təhlükəsizliyinin təmin edilməsi adlandırıb.

Orta mənzilli ballistik İskander raketi 2006-cı ildə müasirləşdirilib və Rusiya ordusunun ixtiyarına verilib.

Rusiya rəsmilərinin dediklərinə görə, Qərb İskander raketinə qarşı hər hansı müdafiə silahına malik deyil və bu raketi zərərsizləşdirmək təqribən qeyri mümkündür.

Teqlər