Noy 21, 2016 16:58 Asia/Baku
  • Nigeriya İslam Hərəkatı bu hərəkatın binalarının dağıdılmasına etiraz edib
    Nigeriya İslam Hərəkatı bu hərəkatın binalarının dağıdılmasına etiraz edib

Nigeriya İslam Hərəkatının rəhbər üzvlərindən olan Əbdül-Mumuni Giva bu hərəkatın binalarının Kadona vilayətinin yerli hökuməti tərəfindən dağıdılmasını pisləyib.

PressTv-nin verdiyi məlumata görə, Əbdül-Mumuni dünən yerli hakimiyyətin bu hərəkətini pisləyərək deyib: Kadona vilayətinin yerli hakimiyyəti insanların ibadət və dini mərasimlər keçirmək haqqını pozub. 

Əbdül-Mumuni deyib: islam hərəkatının binalarının dağıdılması vətəndaşların sərbəst şəkildə dini mərasimlər keçirməsini təmin edən Nigeriya konstitusiyasına daban-dabana ziddir. 

Təhlükəsizlik qüvvələrinin nəzarətində olan Kadona vilayətinini yerli hakimiyyəti Nigeriya İslam Hərəkatına aid olan dini mədrəsə, məktəb və xəsəxananı dağıdıb. 

Bundan öncə də Nigeriya polisi Kano şəhərində ərbəin yürüşü keçirən müsəlmanların dinc dini aksiyasına qarşı avtomat silahdan və gözyaşardıcı qazdan istifadə etmişdi. 

Nigeriya polisinin ərbəin yürüşünə hücumunda onlarla adam həlak olmuş, yüzlərlə nəfər yaralanmışdı. 

 

Teqlər