NATO-nun rəftarları Rusiyanı nigaran edir
https://azeri.sahartv.ir/news/dünya-i246620-nato_nun_rəftarları_rusiyanı_nigaran_edir
Rusiya prezidenti Şimali Atlantika Alyansı NATO-nun beynəlxalq məsələlərlə bağlı baxışlarından nigaranlıq etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 21, 2016 18:17 Asia/Baku
  • Vladimir Putin
    Vladimir Putin

Rusiya prezidenti Şimali Atlantika Alyansı NATO-nun beynəlxalq məsələlərlə bağlı baxışlarından nigaranlıq etdi.

İRNA-nın verdiyi məlumata görə, Vladimir Putin amerikalı rejissor Oliver Stoun tərəfindən hazırlanmış "Ukrayna od içində" sənədli filmində NATO-nun militarist davranışlarına və bu alyansın qərar çıxartma metodlarına işarə edərək, deyib: Moskva NATO-nun hərəkətlərinə qarşı münasib addımlar atacaq.

Putin həmçinin deyib: Qərbli şəriklər bilərəkdən və qəsdən xarici düşmən axtarırlar və bu yolla ölkələrdə istədikləri siyasi quruluşu hakimiyyətə gətirmək istəyirlər.

Rusiya 2014-cü ildən bəri Qərb və NATO ilə gərgin münasibətlərin şahididir.