Amerika Sakit okeanın ikitərəfli ticarət sazişindən çıxır
https://azeri.sahartv.ir/news/dünya-i246818-amerika_sakit_okeanın_ikitərəfli_ticarət_sazişindən_çıxır
Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, ilk iş günündə Amerikanı bu sazişdən çıxaracaq. Bu vəd ticarət sazişinə üzv dövlətlərin reaksiyasına səbəb olub. Bu sazişə üzv ölkələrin dövlət başçıları həftənin sonlarında Peruda bir araya gələcəklər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 22, 2016 16:22 Asia/Baku
  • Amerika Sakit okeanın ikitərəfli ticarət sazişindən çıxır
    Amerika Sakit okeanın ikitərəfli ticarət sazişindən çıxır

Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, ilk iş günündə Amerikanı bu sazişdən çıxaracaq. Bu vəd ticarət sazişinə üzv dövlətlərin reaksiyasına səbəb olub. Bu sazişə üzv ölkələrin dövlət başçıları həftənin sonlarında Peruda bir araya gələcəklər.

Amerikanı dünyadan ayırmaq. Amerikanın yeni prezidentinin relsi belə bir şəraiti göstərir. Donald Tramp deyib ki, hesabımızı digər ölkələrdən ayırmalıyıq və beynəlxalq sazişlər Amerikanın işinə yaramır. Gələn il yəni 2017-ci ilin yanvar ayının ortalarında Ağ Evin açarlarını Obamadan təhvil alacaq Tramp deyib ki, Ağ Evə daxil olan kimi Amerikanı Sakit okeanın ikitərəfinin ticarət sazişindən çıxaracaq. 

Donald Tramp bildirib: Ticarət sahəsində mənim məqsədim budur ki, ölkəmiz üçün potensial faciə hesab olunan Sakit okeanın ikitərəfinin ticarət sazişindən Amerikanın çıxmasına dair notanı imzalayım. Biz onun yerinə iş yerləri və sənayeni Amerikaya qaytaracaq ikitərəfli ticarət müqavilələri barəsində müzakirələr aparacağıq. 

Sakit okeanın iki tərəfinin ticarət sazişi yaxud Transpassifik ötən il Sakit okeanın iki tərəfində dünyanın 40% iqtisadiyyatına malik 12 ölkə arasında imzalandı. Bu sazişdə Amerika, Yaponiya, Kanada, Avstraliya və Meksika kimi ölkələr üzvdürlər. İndi bir neçə gün sonra Perunun bu sazişin dövlət başçlarının sammitinə ev sahibliyi edəcəyi bir halda, Tramp bu sazişin üzərinə sanki soyuq su töküb, hamının reaksiyasına səbəb olub. 

Yaponiya baş naziri Şinzo Abe isə deyib: Digər üzv ölkələrin Amerikanın iştirakı olmadan keçiriləcək iclasda bu sazişin icra olunması üçün çalışmalarının heç bir müzakirəsi və nəticəsi olmayacaq. Bu saziş Amerika olmadan, mənasızdır. 

Ekspertlər deyirlər: Trampın yeni siyasətlərinin elan olunması Amerikanın ətrafına iqtisadi və ictimai hasarın çəkilməsinə bənzəyir. Elə buna görə də bu ölkənin qonşuları deyirlər ki, ehtiyatlı şəkildə onun prezidentlik dövrünün başlanmasını gözləyirlər. 

Meksika Mərkəzi Bankının prezidentiAqustin Karstens deyib: Hazırda Tramp prezident olub və maliyyə bazarları da onun prezidentliyinə reaksiya veriblər. Bununla belə, hələ də bilmirik ki, Tramp doğrudan da hansı siyasətləri icra edəcək. Reaksiyamızın həddindən artıq və tələsik olmasını istəmirik. Gərək bir həkim kimi olaq ki, düzgün şəkildə xəstəsinə dərman verir. Elə buna görə, yetərli məlumatımız olmalıdır. Güman edirəm ki, strategiyamız da tədrici şəkildə olmalıdır. 

Bu olaylardan əlavə, bu qülləyə çoxlu gediş-gəlişlər olur. 33 il öncə Nyu-Yorkun mərkəzində tikilən və Amerikanın yeni prezidentinin hökmranlıq etdiyi 202 kvadratmetrlik Tramp qülləsi.Gələcək Nazirlər Kabineti ilə bağlı ehtimallar, burada və çoxlu hay-küylərlə həyata keçirilməkdədir. Belə ki, irqçiliyin nüansları da onda görünməkdədir. 

Çikaqo Sun Times nəşrinin direktoru Yen Suit deyib: Trampın indiyə qədər seçdikləri seçimlərin hamısı ağdərili, və nisbətən radikaldır. 

Tramp vəd verib ki, ilk yüz gündə iş yerlərinin açılmasını sahmana salacaq, xarici məhsulların idxalının qarşısını alacaq və elə bir iş görəcək ki, miqrantların yerinə amerikalıların özləri işə getsinlər. İki ay sonra amerikanın ən yaşlı prezidenti 70 yaşında Nyu-Yorkdakı qülləsindən Vaşinqtonda Ağ Evə gedəcək. 

İndi gözləmək lazımdır ki, o Ağ Evdə seçkidəki Trampdan nə qədər uzaqlaşacaq.