Londonda Rusiya dəstəkçilərinin aksiyası
Noy 23, 2016 15:38 Asia/Baku
-
Londonda Rusiya dəstəkçilərinin aksiyası
Rusiyanın Suriyadakı anti-terror əməliyyatına dəstək verən bir qrup fəal Londonda piket keçirib.
Sputnik məlumat verir ki, bu gün çərşənbə Londonda bir qrup Rusiya dəstəkçisi Rusiya səfirliyinə yaxın bir ərazidə piket təşkil edərək, Suriyada anti-terror əməliyyatının davam etməsini istəyib.
Bu məlumata görə, Suriyada anti-terror əməliyyatlarını dəstəkləyənlər Suriyada sabitliyin bərqərar edilməsi üçün Rusiyanın anti-terror əməliyyatlarını davam etdirməsini istəyiblər.
Aksiya iştirakçıları həmçinin, Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını beynəlxalq qanunlar çərçivəsində adlandırıblar.
Rusiya 2015-ci ilin sentyabrından başlayaraq, Suriyada İŞİD və digər terrorçu qruplaşmalara qarşı hava hücumları həyata keçirir.
Teqlər